Evlərdən kabel oğurlayan şəxs yaxalandı


17:15     03 Dekabr 2016 hebs_036545.jpg

Gəncədə oğurluqla məşğul olan şəxs yaxalanıb.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da və noyabrın 4-də şəhər sakinləri Asif Abdullayevə və Xaləddin Zeynalova məxsus evlərdən ümumilikdə 800 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Avtozavod qəsəbə sakini Elcan Rzayev tutulub.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 994