Evlərdən oğurluq edən şəxs tutulub
22:21 25 Oktyabr 2017
Quba Rayon Polis Şöbəsi əməkdaşları rayonun Qorxmazoba kəndindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən kənd sakini Sahil Mursalovu saxlayıblar.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Femida.az -a verilən məlumata görə, S.Mürsəlov ev sahiblərinin evdə olmadığından istifadə edərək pəncərədən daxil olmaqla evdən 1100 manat və 100 ABŞ dolları, habelə qızıl əşyalar və təqaüd kartını oğurladığını etiraf edib.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 20-dən 24-dək olan müddətdə kənd ərazisindəki daha 3 evdən ümumilikdə 3 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 2 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı və 2 mobil telefon oğurladığı da müəyyən edilib.
Oğurlanan qızıl zinət əşyaları, pul, təqaüd kartı və mobil telefonlar S.Mursalovun yaşadığı evin zirzəmisində gizlətdiyi yerdən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 724
Oxşar xəbərlər
- Evlərdən qızıl aparanlar tutuldu
- Evlərdən oğurluq edən şəxslər saxlanıldı - Neftçalada
- Evlərdən qızıl və pul oğurlayan şəxs saxlanıldı
- Evlərdən qızıl oğurlayan şəxslər tutulub
- Evlərdən oğurluq edən qardaşlar tutulub
- Evlərdən silsilə oğurluq edən şəxs tutulub
- Evlərdən qaz sobası oğurlayan şəxs tutuldu
- Evlərdən oğurluq edən şəxslər tutulub
- Evlərdən kabel oğurlayan şəxs yaxalandı
- Evlərdən oğurluq edən şəxs tutulub - İmişlidə