Bakıda qadının 100 dolları oğurlandı - 12 il həbs


17:03     05 Dekabr 2016 ogurluq3.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Emin Alməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az -ın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Alməmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nəsimi rayon 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də Marina Şirokovaya məxsus, içərisində 530 manat və 100 ABŞ dolları, habelə sənədlər olan pul kisəsini quldurluq yolu ilə almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Alməmmədov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1030