Meyiti qaytarılmayan əsgərimizlə bağlı - Açıqlama
21:45 09 Yanvar 2017
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün tərəflərlə danışıqları davam etdirir.
Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. O qeyd edib ki, BQXK hazırda münaqişə tərəflərinin hakimiyyət orqanları ilə əlaqədədir və bu məsələni yaxından izləyir: “BQXK hakimiyyət orqanları ilə konfidensial və ikitərəfli dialoqu davam etdirir və bu dialoqun məzmunu ictimaiyyətə açıqlanmır”.
Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.
Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.(APA)
Femida.az
Oxunub: 5624
Oxşar xəbərlər
- Meyiti tapılan gənc intihar edibmiş - YENİLƏNİB
- Meyiti dostunun evində tapılıb
- Meyiti tapılan qadın intihar edibmiş
- Meyiti tapılan şəxs itkin düşmüş neftçi imiş
- Meyiti tapılan şəxsin neftçi olduğu dəqiqləşdi
- Meyiti tapılan neftçidir - Rəsmi açıqlama
- Meyiti evində tapıldı
- Meyiti tapılan şəxsin neftçi olduğu təsdiqləndi
- Meyiti tapılan şəxs öldürülübmüş - Təfərrüat
- Meyiti basdırıb üstündə hamam tikdilər - Salyanda dəhşət