Meyiti evində tapıldı


22:20     03 Aprel 2017 big_1412179853_kishi-meyit.jpg

Bakıda mənzildə meyit tapılıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1964-cü il təvəllüdlü Hümbətov Bəhmən İsmayıl oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:42-də başa çatıb.

Açar sözlər:

Oxunub: 759