Meyiti tapılan neftçidir - Rəsmi açıqlama
17:07 08 Aprel 2017
Qərargah həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində 2 gün əvvəl dənizdə tapılan meyitlə bağlı məlumat yayıb.
Axtarış – Xilasetmə Qərargahından Femida.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində aprelin 6 – sı aşkar edilən kişi meyitinin «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 1971 – ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
Femida.az
Oxunub: 624
Oxşar xəbərlər
- Meyiti tapılan gənc intihar edibmiş - YENİLƏNİB
- Meyiti dostunun evində tapılıb
- Meyiti tapılan qadın intihar edibmiş
- Meyiti tapılan şəxs itkin düşmüş neftçi imiş
- Meyiti tapılan şəxsin neftçi olduğu dəqiqləşdi
- Meyiti evində tapıldı
- Meyiti tapılan şəxsin neftçi olduğu təsdiqləndi
- Meyiti tapılan şəxs öldürülübmüş - Təfərrüat
- Meyiti qaytarılmayan əsgərimizlə bağlı - Açıqlama
- Meyiti basdırıb üstündə hamam tikdilər - Salyanda dəhşət