Meyiti tapılan şəxs öldürülübmüş - Təfərrüat


16:34     13 Mart 2017 meyit%20yeni.jpg

Bakıda meyiti tapılan şəxsin öldürüldüyü məlum olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firuddin Hüseynovun üzərində baş nahiyəsinə küt alətlə xəsarət yetirilməyə xarakterik olan meyiti Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Zakir Məmmədov tutulub.

Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyənləşib.

Femida.az

Açar sözlər:

Oxunub: 3464