Meyiti tapılan şəxsin neftçi olduğu təsdiqləndi


18:23     15 Mart 2017 meyit%20(4).jpg

Martın 13-də dənizdə meyiti tapılan naməlum kişinin şəxsiyyəti müəyyənləşib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Femida.az-a verilən məlumata görə, meyiti tapılan şəxsin "Azneft" İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçi, Salyan rayonunun Xıdırlı kənd sakini Ramiz Qulu oğlu Abbasov olduğu ehtimal edilir.

Genetik ekspertizanın nəticələri açıqlanmasa da, R. Abbasovun yaxınları onu bədənindəki işarədən tanıyıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1584