Meyiti tapılan şəxs itkin düşmüş neftçi imiş
14:50 22 Avqust 2017
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qərardahdan Femida.az-a verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində avqustun 18-i saat 18:10 -da Daş Zirə (köhnə Vulf adası) adasında meyiti aşkar edilən şəxsin «Azneft» İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 4 yanvar 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğlu olduğu müəyyən edilib.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
Femida.az
Oxunub: 3293
Oxşar xəbərlər
- Meyiti tapılan gənc intihar edibmiş - YENİLƏNİB
- Meyiti dostunun evində tapılıb
- Meyiti tapılan qadın intihar edibmiş
- Meyiti tapılan şəxsin neftçi olduğu dəqiqləşdi
- Meyiti tapılan neftçidir - Rəsmi açıqlama
- Meyiti evində tapıldı
- Meyiti tapılan şəxsin neftçi olduğu təsdiqləndi
- Meyiti tapılan şəxs öldürülübmüş - Təfərrüat
- Meyiti qaytarılmayan əsgərimizlə bağlı - Açıqlama
- Meyiti basdırıb üstündə hamam tikdilər - Salyanda dəhşət