Meyiti tapılan şəxsin neftçi olduğu dəqiqləşdi


19:47     11 Aprel 2017 neftci%20meyit.jpg

Həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində aprelin 9–u aşkar edilən kişi meyitinin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 1967 – ci il təvəllüdlü Bəhramov Cavid Həyatxanoğluna məxsus olduğu müəyyən edilib.


Qərargahdan Femida.az-a verilən məluamta görə, mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1277