Meyiti tapılan gənc intihar edibmiş - YENİLƏNİB


21:44     06 Noyabr 2017 meyit%20(3)0.jpg

Bakıda meyiti tapılan gəncin intihar etdiyi məlum olub.


Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlunun özünü asdığı müəyyənləşib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Femida.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb, 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlunun cəsədini aşkarlayaraq, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 878