Bakıda qəza - sürücü ölümdən döndü


18:31     10 Yanvar 2017 qeza_yeni7.jpg

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonu, Nobel prospektində “Toyota” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfərin köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Toyota” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 12:27-də başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1055