Bakıda evə silahlı basqın - Tutulanlar var

12:45     12 Yanvar 2017 ogurluq%20basqin0.jpg

Bakıda yaşayış evinə silahlı basqın olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisində yaşayan Elmir Hümbətzadənin evində bıçaq və silaha bənzər əşya ilə onu hədələyib oradan 450 manat, 2 ədəd mobil telefon və 3 noutbuk aparmaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Nahid Eyvazov və Elman Sadıqov tutulublar.

N.Eyvazovdan hadisəni törədərkən istifadə etdiyi "Zoraki Mod-914"markalı pnevmatik tapança, 8 ədəd patron və 1 ədəd bıçaq götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 3279