Bakıda mənzildə PARTLAYIŞ


18:42     21 Yanvar 2017 e933d2e976yangin_sivil_sinai.jpg

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.


Femida.az Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən xəbər verir ki, nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 4 nəfər yanıq xəsarəti alıb. Qonşu evlər yanğından mühafizə olunub.

Yanğın saat 12:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1121