Bakıda kütləvi dava - 2 nəfər bıçaqlandı
16:42 01 Mart 2017
Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb.
Femida.az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Biləcəri qəsəbəsində 1989-cu il təvəllüdlü Hüseynov Elnur Yusif oğlu və dostu Röyal Məmmədov küçədə naməlum 3 nəfər tərəfindən döyülüb. Naməlum şəxlərdən biri üzərində gəzdirdiyi bıçaqla E.Hüseynovun bədən nahiyəsinə R.Məmmədovun isə ayağına zərbə vurub. Daha sonra həmin şəxslər hadisə yerini tərk ediblər.
Yaralılar küçədəki şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışına başlayıb. Xəsarət alan hər iki şəxsin izahatı alınıb.
Femida.az
Oxunub: 1302
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik