Bakıda mikroavtobus aşıb - Ölən var
01:42 24 Mart 2017
Lökbatanda qəza baş verib.
Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində Sumqayıt şəhər sakini Məmmədəli Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən Ağstafa rayon sakini Amil Hüseynovun idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobusa vurub və idarəetməni itirdiyindən avtomobil eyni istiqamətdə hərəkətdə olan Abşeron rayon sakini Müşfiq Əsədovun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb, "Mercedes-Sprinter" markalı mikroavtobus isə aşıb.
Nəticədə A.Hüseynovun sərnişinlərindən Neftçala rayon sakini Elçin Səfərov hadisə yerində ölüb, özünə və digər 1 sərnişininə, habelə M.Mustafayevin 1 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Oxunub: 1204
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik