Bakı bulvarında intihar, FHN meyiti çıxardı – VİDEO


04:01     09 İyun 2017 erutiuioi_58956786.jpg

Dənizkənarı Milli Parkda kişi intihar edib.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb edilmiş və şəxsiyyəti məlum olmayan 1 nəfər kişinin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Dənizkənarı Milli Parkda intihar hadisəsi olub.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəxsiyyəti hələ ki, məlum olmayan 55-60 yaşlı bir nəfər intihar məqsədi ilə özünü dənizə atıb.

Ətrafa xeyli insan yığılsa da, boğulan kişini xilas etmək üçün suya atılan tapılmayıb.

Daha sonra FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaşın cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



Femida.az

Açar sözlər:

Oxunub: 2122