Bakıda ilk dəfə Sənədli Film Festivalı keçiriləcək


18:11     15 İyun 2017 static20reel-82fd3592-3fc2-4f2c-80c1-1dc28bfd386f1.jpg

Bakı şəhərində ilk dəfə “DocuBaku” adlı Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək.


Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən Femida.az-a verilən məlumata görə, festivalın oktyabrın 12-19-da keçirilməsi nəzərdə tutulur.

Festivalda Aİ ölkələri, qeyri-Aİ ölkələri və Azərbaycan rejissorlarına məxsus 20 sənədli film nümayiş olunacaq. Tədbir çərçivəsində avropalı rejissorlarla görüşlər keçiriləcək, müxtəlif seminarlar təşkil olunacaq.

Açar sözlər:

Oxunub: 570