İran azərbaycanlı balıqçıları axtarır


15:00     19 Avqust 2015 1439959644.jpg

İranın müvafiq qüvvələri Xəzər dənizində itkin düşmüş azərbaycanlı balıqçıların axtarışı üçün səfərbər olub.


Bu barədə İranın Azərbaycandakı səfirliyindən bildirilib. Səfirlikdən bildiriblər ki, axtarışlar davam edir: "Lakin balıqçıların harada olması ilə bağlı hazırda heç bir məlumat yoxdur".

Diplomatik nümayəndəlikdən onu da bildiriblər ki, bəzi KİV-lərdə azərbaycanlı balıqçıların İran hüquq-mühafizə orqanları tərəfindən tutulması xəbəri düzgün deyil.

Qeyd edək ki, ötən həftə Pirallahıdan balıq tutmaq üçün Xəzər dənizinə çıxmış 4 neftçalalı balıqçı itkin düşüb. Sonradan onların İranın müvafiq orqanları tərəfindən Xəzərdə tutularaq bu ölkəyə aparıldığı barədə xəbərlər yayılıb.

Açar sözlər:

Oxunub: 1190