Bakıda ata və oğul tutuldu - Saxta pula görə


17:59     01 İyul 2017 saxta%20pullar.jpg

Bakıda saxta pul satan ata-oğul saxlanılıb.


Femida.az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, iyunun 30-da Xətai rayonu ərazisində yerləşən marketlərdən birində Bakı şəhər sakinləri Səməd Novruzov və oğlu Nəbi alış-veriş etdikdən sonra xəzinadara 100 manatlıq saxta əskinas verdikləri üçün Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü Pölis Bölməsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 714