Bakıda uroloqların beynəlxalq simpoziumu keçirilir
00:31 03 İyul 2017
Bu gün Azərbaycan Tibb Universiteti və Beynəlxalq Uroloqlar Assosasiyasının birgə keçirdiyi simpozium işə başlayıb.
Femida.az xəbər verir ki, simpoziumda Azərbaycanın, Türkiyənin, eləcə də Avropanın tanınmış uroloqları iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, professor Sudeyf İmamverdiyev urologiyanın inkişafında və təcrübi biliklərin zənginləşməsində simpoziumun böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, təbabətin bu sahəsində iştirakçıların nəzəri və təcrübi olaraq ən müasir istiqamətlər barədə mübadilə aparacağını bildirib. İstanbulun Medipol Universitetinin professoru Selami Albayrak, Türkiyə Uroloji Laparoskopik Dərnəyinin professoru Yasar Özgök, Beynəlxalq Uroloqlar Assosiasiyasının texnoloji treninqinin baş direktoru Jan de la Rosette çıxış edərək iştirakçıları salamlayıb və simpoziumda müzakirə ediləcək məsələlərdən danışıblar.
Sonra urologiyanın ayrı-ayrı problemləri mövzusunda məruzələr dinlənilib. Simpozium iyulun 4-dək davam edəcək və sonrakı günlərdə Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Korpusunda tədris mahiyyəti daşıyan əməliyyatlarla işini davam etdirəcək.
Femida.az
Oxunub: 541
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik