Bakıda iki nəfər intihar etdi


22:09     11 İyul 2017 intihar%20qadin99.jpg

Bakıda iki nəfər intihar edib.

Femida.az xəbər verir ki, hadisələrdən biri paytaxtın Binəqədi, digəri isə Xətai rayonunda qeydə alınıb.

Belə ki, Binəqədi rayonunda 1939-cu il təvəllüdlü Minayə Məmmədova özünü yaşadığı evin beşinci mərtəbəsindən ataraq intihar edib.

Xətai rayonunda isə 1992-ci il təvəllüdlü Əli Əsgərov özünü asıb.

Hər iki faktla bağlı müvafiq rayon prokurorluqlarında istintaq aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 838