İran vətəndaşları erməni gənci ölümcül döydü - İrəvanda gərginlik


17:59     31 İyul 2017 ermenintanda%20dava.jpg

İran vətəndaşları Ermənistanda gərginlik yaradıb.


Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, dünən paytaxt İrəvanda bir qrup İran vətəndaşı onlara söz atan erməni gənci döyüblər. Məlumata görə, döyülən erməni gəncin 17 yaşı var.

Artıq hadisə ilə bağlı araşdırma aparılır. Baş vermiş hadisəyə hüquqi qiymət verilməsi üçün gənci məhkəmə-tibb ekspertizasına göndəriblər.

Bu hadisə Ermənistanda birmənalı qarşılanmayıb.Artıq Ermənistanda iranlı turistlərə qarşı mənfi rəy formalaşıb.

Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 15173