Bakıda istilik rekord həddə çatıb - RƏSMİ


15:07     10 Avqust 2017 hava%20isti2.jpg

Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 9-da Abşeron yarımadasında 40-41, Bakı şəhərində isə 43 dərəcə isti qeydə alınıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, nəticədə 2015-ci il avqustun 2-də müşahidə olunmuş 41 dərəcəlik rekord göstərici təzələnib.

Əksər rayonlarda havanın maksimal temperaturu 35-40 dərəcə olub, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.


Femida.az

Açar sözlər:

Oxunub: 1282