Bakıda zəvvarlar üçün kurslar təşkil olunub


16:52     10 Avqust 2017 406120950.jpg

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün hər həftənin şənbə və bazar günləri "Təzə Pir" məscidində kurslar təşkil edib.


QMİ-dən Femida.az-a verilən məlumata görə, qruplar üçün ayrıca təhkim olunmuş qrup rəhbərləri sərəncamında olan zəvvarlara iclaslar keçirir və hacı namizədlərini ziyarətlə bağlı lazım olan məlumatlarla təmin edir.

QMİ-dən o da bildirilib ki, bu il Həccə gedəcək zəvvarlardan təxminən 24 qrup təşkil olunub. Zəvvarlarla birlikdə aralarında qadın da olan 5 nəfərdən ibarət həkim briqadası gedəcək.

Bu il Həcc ziyarətinə gedəcək olanların 60 faizi kişilərdir.

Zəvvarların ən yaşlısı 86 yaşlı qadın, ən gənci isə 18 yaşlı oğlandır.

Ziyarət üçün 2004-cü il təvəllüdlü oğlan müraciət etsə də, sonradan ziyarətə getməkdən imtina edib.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək olan ilk zəvvar qrupu avqusun 24-də yola salınacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 936