Bakıda ana və oğlu bıçaqlanıb
13:13 21 Avqust 2017
Bakıda qadın və oğlu bıçaqlanıb.
Femida.az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Buzovna qəsəbəsində, Mirzə Ələkbər Sabir küçəsində yerləşən evlərin birində yaşayan 1967-ci il təvəllüdlü Kazimova Gülsurə İzzət qızı və onun oğlu 13 yaşlı Kazımov Valeh Hüseynqulu oğlu bir neçə bıçaq xəsarəti alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Hadisə barədə Xəzər Rayon Polis İdarəsinə məlumat verilib. Polisin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, hadisəni törədən şəxs G.Kazımovanın oğulluğudur.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 868
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik