Bakıda əcnəbi ölümlə üz-üzə gəldi


21:17     23 Avqust 2017 xilas%20denizdeaa.jpg

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər (xarici vətəndaş) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.


Femida.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, əməliyyat saat 16:29-da başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 649