Bakıda tikə-tikə doğranan şəxsə görə cinayət işi açıldı
19:50 05 Sentyabr 2017
Bakıda bir neçə hissəyə bölünmüş kişi meyitinin tapılması faktı ilə bağlı cinayət işi başlanıb.
Suraxanı rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, bu gün rayonun Hövsan qəsəbəsi ərazisindən keçən su kanalından başı, əlləri, qolları kəsilmiş kişi meyiti aşkarlanıb.
Dərhal hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu çıxıb. Hadisə yeri müayinə edilməklə müvafiq ekspertizalar təyin edilib və faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məlumata görə, tapılmış kişi meyiti iki hissəyə bölünmüş vəziyyətdə olub. Onun başı, əlləri və ayaqları hələ tapılmayıb.
Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Femida.az
Oxunub: 1665
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik