Bakıda binanın girişində kişi meyiti tapıldı
14:16 16 Sentyabr 2017
Bakının Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsində kişi meyiti tapılıb.
Femida.az report-a istinadən xəbər verir ki, qəsəbənin "D" yaşayış sahəsinin sakini, 60 yaşlı Sabir Səmədovun meyiti bu gün səhər saatlarında yaşadığı 13 saylı binanın blokunda aşkarlanıb.
Dərhal bu barədə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məlumat verilib. Qonşular mərhumun tüfeyli həyat keçirdiyini, həmişə içkili vəziyyətdə olduğunu bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, S.Səmədovun oğlu Rauf Səmədov 2009-cu il oktyabrın 2-də özünü yaşadığı evin 9-cu mərtəbəsindən ataraq intihar etmişdi.
Femida.az
Oxunub: 1867
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik