Bakıda ögey ata 10 yaşlı uşağı evdən qovdu - FOTO


17:37     16 Sentyabr 2017 21754488_1470195089724287_1743502605_n6.jpg

Sentyabrın 14-də gecə saatlarında polis əməkdaşları tərəfindən metronun “20 Yanvar” stansiyasının yaxınlığında uşaq tapılıb. Azyaşlı Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.


Femida.az xəbər verir ki, bu barədə Femida.az-a birliyin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

K.Ağazadənin sözlərinə görə, oğlanın 10 yaşı var:

“Uşağın əqli və fiziki qüsuru var, amma fikirlərini çatdıra bilir. Dediklərindən məlum olur ki, atalığı tərəfindən evdən qovulub. Uşağa fiziki və psixoloji zorakılıq olunduğunu güman edirik. Hələlik onunla psixoloq işləyir”.

O bildirib ki, hazırda uşağın valideynləri axtarılır: “Sığınacağa bir nəfər zəng vurdu və iddia etdi ki, uşaq özü evdən qaçıb. Bu gün isə bir nəfər gəldi və özünü uşağın xalası kimi təqdim etdi. Birlik polis əməkdaşları olmadan onun uşaqla görüşməsinə icazə vermədi. Yalnız hüquq-mühafizə orqanlarının icazəsi ilə uşaq yaxınlarına verilə bilər”.



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2483