Bakıda kütləvi dava - 2 gənc bıçaqlanıb
13:03 18 Sentyabr 2017
Bakının Qaradağ rayonunda kütləvi dava olub.
Femida.az-ın Apa-yaistinadən verdiyi məlumata görə, insident Müşfiqabad qəsəbəsində qeydə alınıb.
Məlumata görə, qəsəbə sakinləri olan 2 nəfər gənc arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Sonradan mübahisəyə tərəflərin tanışları da qoşulub. Nəticədə 6 nəfər əlbəyaxa dava edib.
Dava zamanı tərəflərdən biri 25 yaşlı Emil Əhmədova və onun tanışı 25 yaşlı Rəvan Həsənova bıçaq xəsarəti yetirib. Hər iki yaralı xəstəxanaya çatdırılıb, vəziyyətləri ağır olaraq qalır.
Hadisənin təfərrüatlarını Qaradağ polisi araşdırır. Kütləvi dava ilə əlaqədar saxlanılanlar var.
Femida.az
Oxunub: 541
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik