Bakı sakinindən silah-sursat götürülüb


15:38     18 Sentyabr 2017 silah%20s3.jpg

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda əməliyyat keçirib.


DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Yasamal rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural İsparovdan “P.Beretta” tipli tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 839