Bakıda heykəltəraşlıq simpoziumu keçiriləcək
20:12 27 Sentyabr 2017
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə oktyabrın 1-dən 10-dək Bakıda “Daşın nəğməsi” II Beynəlxalq heykəltəraşlıq simpoziumu keçiriləcək.
Fonddan Femida.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan, Ukrayna, Yeni Zelandiya, Türkiyə, İran, Tunis, İordaniya, İspaniya, Serbiya, Böyük Britaniya, Rusiya və Çindən 20 heykəltəraş iştirak edəcək.
İştirakçılar simpozium müddətində Bakının Qala qəsəbəsində açıq səma altında təbii daşlardan müxtəlif mövzuda əsərlər yaradacaqlar.
Xatırladaq ki, “Daşın nəğməsi” Beynəlxalq heykəltəraşlıq simpoziumu ilk dəfə 2016-cı ildə keçirilib və tədbirdə 10 ölkədən 14 heykəltəraş iştirak edib. Simpozium çərçivəsində yaradılan işlər hazırda Bakının Xətai rayonunda yerləşən “Sevirəm” park kompleksində sərgilənir.
Oxunub: 518
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik