Bakıda taksi 3 qadını vurdu
02:41 12 Oktyabr 2017
Bakı şəhərində daha bir yol nəqliyyat hadisəsi baş verib.
Femida.az Primetime.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Afiyəddin Cəlilov küçəsində yaşanıb. Belə ki, 3 qadın yolun piyada keçidi olmayan hissəsindən keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan avtomobil vurub. Hadisə nəticəsində hər 3 piyada da ciddi xəsarət alıb. Qəzaya düşən qadınlardan ikisinin adını öyrənmək mümkün olub. Bunlar Məmmədova Tünzalə və Nuriyeva Ləmandır. Onlar kəllə-beyin tramvası keçiriblər.
Adı məlum olmayan digər xanım isə hadisə nəticəsində huşunu itirdiyindən adını da xatırlamayıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlib. Hər üç qadın xəstəxanaya aparılıb.
Femida.az
Oxunub: 527
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik