Bakıda 10 yaşlı uşaq binadan yıxıldı


13:36     12 Oktyabr 2017 usaqqq.jpg

Bakıda uşaq binanın ikinci mərtəbəsindən yerə yıxılıb.


Femida.az report-a istinadən xəbər verir ki, bədbəxt hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Biləcəri qəsəbəsində yerləşən beşmərtəbəli binanın ikinci mərtəbəsində yaşayan 2007-ci il təvəllüdlü Ələkbərova Elnurə Mübariz qızı ehtiyatsızlıqdan eyvandan yerə yıxılıb.

O, kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər E.Ələkbərovanın vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Femida.az

Açar sözlər:

Oxunub: 865