Bakıda mağaza dövlətlə rəqabətə girdi - tədbir görüldü
22:14 03 Sentyabr 2015
Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, mənzil 70 ünvanında fəaliyyət göstərən fiziki şəxs Vüqar Rzayevə məxsus mağazada digər sahibkarlıq subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Femida.az-a verilən məlumata görə, mağazada “Bakı Tikiş Evi” ASC-yə məxsus “BTE” və “BTE Apparel” əmtəə nişanlarından qanunsuz istifadə edilməklə istehsal olunmuş saxta məktəbli geyimlərinin satışının həyata keçirildiyi aşkarlanmış və həmin mallar ticarət dövriyyəsindən çıxarılıb.
Yol verilmiş qanun pozuntusu ilə əlaqədar fiziki şəxs V.Rzayev barəsində qanunamüvafiq tədbirlər görülür.
Oxunub: 901
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik