Bakıda iki piyada öldü

10:11     14 Noyabr 2017 piyada%20qeza6.jpg

Bakıda iki piyadanı maşın vuraraq öldürüb.


Femida.az-ın məlumatına görə, Bakının Sabunçu rayonu ərazisində Ramal Quliyev idarə etdiyi “Daewoo” markalı maşınla yolu keçən 1952-ci il təvəllüdlü Etibar Ağalarovu vurub.

Paytaxtın Binəqədi rayonunda isə “KamAZ” markalı qaldırıcı kran 1958-ci il təvəllüdlü Nazxanım Hacıyevanı vuraraq öldürüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Femida.az

Açar sözlər:

Oxunub: 243