Bakıda fəhlə faciəvi şəkildə öldü


14:15     16 Noyabr 2017 lift5.jpg

Bakıda fəhlə liftin şaxtasına düşərək ölüb.


Femida.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayonu H. Zərdabi küçəsində tikilməkdə olan hündürmərtəbəli binada fəhlə işləyən, 1966-cı il təvəllüdlü Əlövsət Xəlilov liftin şaxtasına düşüb.

Ə. Xəlilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Femida.az

Açar sözlər:

Oxunub: 1919