Bakıda temperatur iqlim normasından 2 dərəcə yüksəkdir
22:31 16 Noyabr 2017
Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 2 dərəcə yüksəkdir.
Femida.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, son bir neçə gün ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasına yaxın və iqlim normasından 2-3 dərəcə yüksək olub.
G.Məmmədova əlavə edib ki, hazırda Bakıda və Abşeron yarımadasında 15-18, Mərkəzi Aran rayonlarında 15-20, dağlıq ərazilərdə 8-13 dərəcə isti müşahidə edilir.
Yaxın 2 gün ərzində temperaturda dəyişikliklərin müşahidə edilməyəcəyini deyən G.Məmmədova son günlər ərzində və hazırda müşahidə edilən hava şəraitinin noyabr ayı üçün xarakterik olduğunu nəzərə çatdırıb.
Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda payız fəslinin indiyədək olan dövrü ərzində müşahidə edilən hava şəraiti fəsil üçün xarakterik olub: “Ümumilikdə payızda hava şəraitinin tez-tez dəyişməsi, tutqun və buludlu günlərin sayının üstünlüyü müşahidə edilir. Yalnız son 2 ilin məlumatlarına baxsaq görərik ki, noyabrda hazırkından da yüksək temperaturun qeydə alındığı vaxtlar olub”.
Femida.az
Oxunub: 925
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik