Bakıda veloyürüş keçirilib


16:38     25 Noyabr 2017 veloyurus3.JPG

Bu gün Bakı şəhərinin "Azneft" dairəsində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının başlanması münasibətilə “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında veloyürüş keçirilib.


Femida.az-ın xəbərinə görə, veloyürüş BMT-nin Bakı ofisi, Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə baş tutub. Veloyürüşdə diplomatik korpusun nümayəndələri, velosiped idmanı həvəskarları iştirak ediblər.

Veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1009