İran vətəndaşları sərhəddə tutuldu - FOTO
18:12 27 Noyabr 2017
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən Femida.az-a verilən məlumata görə, noyabrın 24-də Astara rayonunun Orucməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasına cəhd edilib. Sərhədçilərin sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb, hadisə yerindən qaçmağa cəhd edən 2 nəfər sərhəd pozucusu yaxalanıb.
İran İslam Respublikasının vətəndaşları olan sərhəd pozucularının - 1972-ci il təvəllüdlü Sasanian Vəhdət Qasım oğlunun və 1973-cü il təvəllüdlü Qəvipur Xotpesara Fərəc oğlunun üzərindən 2 kq 355 qram heroin, 3 kq 10 qram tiryək, 355 qram “Metamfetamin” və 993 ədəd psixotrop dərman preparatı olan “Metadon” həbi aşkar olunub.
Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 1345
Oxşar xəbərlər
- İranda ibtidai siniflərdə ingilis dili qadağan olundu - VİDEO
- İranda iğtişaşlar zamanı saxlanılanlar sərbəst buraxılır
- İranın sabiq prezidenti həbs edildi - İddia
- İranda zəlzələ - 20 nəfər xəsarət alıb
- İranda etirazlar yenidən baş qaldırdı
- İran kəşfiyyatı: Terrorçu qruplaşma darmadağın edilib
- İran ABŞ-dan BMT-yə şikayət etdi
- İranda onlarla azərbaycanlı həbs edildi
- İran yenə silkələndi
- İranı silkələyən hadisə: Etirazlarda 15 min nəfər iştirak edib