Bakıda üç ölkənin XİN rəhbəri görüşəcək


17:05     29 Noyabr 2017 xin58.jpg

Noyabrın 30-da Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu və Pakistan İslam Respublikasının xarici işlər naziri Havaca Məhəmməd Asifin iştirakı ilə Azərbaycan - Türkiyə - Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a bildiriblər ki, görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 509