Bakıda əməliyyat: Tutulanlar var (FOTOLAR)
14:28 19 Dekabr 2017
Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində taksi sürücülərinə qarşı quldurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, dekabrın 15-i gecə saatlarında iki nəfər naməlum şəxs taksi sürücüsü Tələt Məmmədlinin “Mersedes” markalı avtomobilinə müştəri kimi əyləşərək D.Bünyadzadə küçəsinə gedəcəklərini bildiriblər.
Deyilən ünvana çatanda həmin şəxslər sürücüyə hədə-qorxu gələrək onun avtomobilini əlindən alıblar. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayətin Bakı şəhər sakinləri Natiq Bayramlı və Telman Qasımov tərəfindən törədildiyi müəyyən edilib və onlar tutularaq istintaqa təqdim ediliblər.
Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin dekabr 17-si digər bir taksi sürücüsü Fərhad Məmmədovu da bıçaqla hədələyərək onun maşını əlindən aldıqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən hər iki avtomobilin tapılaraq sahiblərinə qaytarılması təmin edilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Oxunub: 4766
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik