Bakı metrosunda iki cibgir tutulub


17:59     21 Dekabr 2017 IMG-20171221-WA00031513846856_1513848859.jpg

Dekabrın 19-da Bakı şəhər sakinləri Röya Hümbətovanın çantasından içərisində pulu və sənədləri olan pulqabısının metronun “28 May” stansiyasında qatarda, Naimə Rəhimovanın cibindən mobil telefonunun “Gənclik” stansiyasında platformada oğurlanması barədə Metropolitendə Polis Şöbəsinə müraciətlər daxil olub.


DİN-in mətbuat xidmətindən Femida.az-a bildirilib ki, dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə şübhəlilər qısa vaxtda müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların Naxçıvan şəhər sakini Rüfət Qasımov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Roman Hüseynov olduqları məlum olub. Onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 500