İran prezidenti 16 ildən sonra Fransaya gedir
03:51 18 Sentyabr 2015
Gələn həftə Fransanın iş adamları yüz nəfərlik heyətlə İrana səfər edəcək.
Femida.az xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Fransa Xarici İşlər Nazirliyi bildirib ki, sentyabrın 21-də ölkənin kənd təsərrüfatı, ticarət, turizm nazirlərinin Tehrana səfərini yüz fransız iş adamı müşayiət edəcək.
Xatırladaq ki, noyabrda İran prezidenti Həsən Ruhaninin Parisə səfəri planlaşdırılıb. Ölkənin baş naziri Manuel Vallsın sözlərinə görə, Fransa prezidenti Fransua Olland Həsən Ruhani ilə Suriyadakı vəziyyəti də müzakirə edəcək.
Qeyd edək ki, bu, son 16 ildə İran prezidentinin Fransaya ilk səfəri olacaq.
Oxunub: 1100
Oxşar xəbərlər
- İranda ibtidai siniflərdə ingilis dili qadağan olundu - VİDEO
- İranda iğtişaşlar zamanı saxlanılanlar sərbəst buraxılır
- İranın sabiq prezidenti həbs edildi - İddia
- İranda zəlzələ - 20 nəfər xəsarət alıb
- İranda etirazlar yenidən baş qaldırdı
- İran kəşfiyyatı: Terrorçu qruplaşma darmadağın edilib
- İran ABŞ-dan BMT-yə şikayət etdi
- İranda onlarla azərbaycanlı həbs edildi
- İran yenə silkələndi
- İranı silkələyən hadisə: Etirazlarda 15 min nəfər iştirak edib