Bakıda dəhşətli qəza, ölən var


22:39     26 Sentyabr 2015 qezaa8.jpg

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.


Femida.az-ın məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Naməlum sürücünün idarə etdiyi VAZ-2101 və qəsəbə sakini Elman Nəbiyevin idarə etdiyi VAZ-2121 markalı avtomobillər toqquşub. Nəticədə VAZ-2101 markalı avtomobildə olan sərnişin, Maştağa qəsəbə sakini Faiq Sadıxov aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1042