Bakıda məktəb partladı, şagirdlər xilas edildi - SON DƏQİQƏ


13:30     23 May 2016 6k3.jpg

Bakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdə partlayış baş verib.


Femida.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə dəqiqə bundan öncə olub.

Faktı Fövqəladə Hallar Nazirliyindən təsdiqləyiblər. Bildirilb ki, əraziyə yanğın söndürən briqadaları cəlb olunub.

Partlayış baş verm səbəbi hələlik bilinmir.

***

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev AzVision.az-a bildirib ki, hadisə ilə bağlı əraziyə 2 birqana göndərilib.

Onun sözlərinə görə, hadisənin səbəbi və xəsarət alanların olub-olmaması haqda məlumat yoxdur.

İlkin ehtimallara görə, partlayışdan sonra məktəbin binasında yanğın baş verib. Yanğın hadisəsi qısaqapanma nəticəsində qeydə alınıb.

Məktəbdə olan bütün şagirdlər təxliyə olunub.

Xəbər yenilənir...


Femida.az

Açar sözlər:

Oxunub: 13357