Bakı sakinindən 5 kq narkotik tapıldı


15:57     23 May 2016 96ea96b172b1b8f85ca29505020242050.jpg

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.


Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini Şıxəli Əliyevin yaşadığı Binə qəsəbəsindəki evə baxış zamanı 5 kiloqramdan çox marixuana aşkar edilərək götürülüb. Ş.Əliyevin həyətyanı sahəsinə baxış zamanı isə aqrotexniki qaydada becərilmiş çətənə kolu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1081