Bakıda məşhur şirkətin direktoru özünü güllələdi


19:25     23 May 2016 039eedb2a9e9d65df92f79525714d7e0.jpg

Bakıda intihar hadisəsi qeydə alınıb.


Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, hadisə mayın 21-də Ağa Nemətulla küçəsi 79 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, “İnteryer-S” MMC-nin direktoru, 1962-ci il təvəllüdlü Söhbət Qəhvəddin oğlu Hacıyev ov tüfəngi ilə özünü güllələyib. O, aldığı güllə yarasından dünyasını dəyişib.

S. Hacıyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Femida.az

Açar sözlər:

Oxunub: 1433