İran parlamentinin sədri seçilib


14:24     29 May 2016 laricani_234756566.jpg

İran parlamentinin sədri mühafizəkarların təmsilçisi olan Əli Laricani seçilib.


O, 173 deputatın səsini qazanmaqla 10-cu çağırış parlamentin sədri vəzifəsini tutub. Onun rəqibi olan islahatçılar birliyinin lideri Mohammad Reza Arif isə 103 səs toplayıb.

İran parlamenti yeni tərkibdə bu gündən fəaliyyətə başlayıb. Bununla əlaqədar keçirilən rəsmi mərasimdə ölkə prezidenti Həsən Ruhani, hökumət nümayəndələri və digər rəsmilər iştirak edib. Məclisdə Ayətullah Xameneinin müraciəti oxunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1047